noftservis.az

Xidmətlər

XİDMƏTLƏRİMİZ

Məişət Texnikası və İqlim Sistemləri üzrə Bütün Təmir İşləri

Kondisioner Təmiri

Soyutmayan, su axıdan və ya səs salan kondisioneri yoxlayır, freon doldurur, daxili və xarici blokları yuyuruq. Quraşdırma və demontaj da daxildir.

Kombi Təmiri

İşə düşməyən, təzyiq saxlamayan və ya suyu qızdırmayan kombini araşdırırıq. Nasosu, platanı və qaz xəttini yoxlayır, lazım olan hissəni dəyişirik.

Paltaryuyan Təmiri

Su almayan, sıxmayan və ya proqramı yarımçıq dayanan paltaryuyanı təmir edirik. Plata, motor, nasos və sensor nasazlıqlarını aradan qaldırırıq.

Soyuducu Təmiri

Soyutmayan və ya həddən artıq buz bağlayan soyuducunu yoxlayırıq. Kompressoru, freon sistemini və idarəetmə platasını bərpa edirik.

Havalandırma Sistemləri

Mənzil və obyektlər üçün havalandırma qururuq: kanalların çəkilməsi, ventilyatorun quraşdırılması, filtr dəyişimi və avtomatlaşdırma.

VRV / VRF Sistemləri

İri obyektlər üçün çoxzonalı sistemlər. Xarici və daxili blokları quraşdırır, freon xətlərini çəkir və idarəetməni nizamlayırıq.

Montaj və Diaqnostika

Yeni texnikanı düzgün quraşdırır, nasazlığın səbəbini dəqiq müəyyən edirik. İş bitəndən sonra yaranan sualları da cavablandırırıq.

Radiator Yuyulması

İçəridən tutulmuş, bərabər qızmayan radiatorları kimyəvi üsulla təmizləyirik. Nəticədə istilik bərpa olunur, qaz xərci azalır.

Plata Təmiri

Yanmış və ya cavab verməyən elektron platalar üçün. Mikroçip, sensor və relayi dəyişir, dövrələri lehimləyib bərpa edirik.

NECƏ İŞLƏYİRİK

Sifarişdən Təhvilə Qədər Sadə Proses

Müraciət Edin

Zəng edin və ya WhatsApp-dan yazın. Problemi qısaca danışın, biz də sizə uyğun vaxtı təyin edək.

Diaqnostika

Usta ünvana gəlir, nasazlığın səbəbini tapır və görüləcək işin qiymətini əvvəlcədən deyir.

Təmir və Təhvil

Siz razılıq verəndən sonra təmiri görür, işi yoxlayıb sınaqdan keçirir və texnikanı işlək halda təhvil veririk.

BAKIDA TƏMİR VƏ TEXNİKİ XİDMƏT

Texnikanız Xarab Olub? Elə Bu Gün Həll Edək

Kondisioner, kombi, paltaryuyan, soyuducu — hansı texnika nasazdırsa, ustamız yerində baxıb həll edir. Zəng edin, vaxt itirməyin.